Robbi Rocers

Robbi Rocers
ing. Robbie Rogers
Ümumi məlumatlar
Tam adı III Robert Hampton Rogers[1]
Ləqəbi Robbie
Doğum tarixi
Doğum yeri Ranço Palos Verdes, Kaliforniya
Vətəndaşlığı ABŞ ABŞ
Təhsili
Boyu 1.78 m[2]
Çəkisi 75 kq
Mövqeyi Yarımmüdafiəçi, Müdafiəçi
Klub haqqında məlumat
Klub ABŞ Los Anceles Qelaksi
Nömrəsi 14
Karyerası
Gənclik karyerası
2002 ABŞ IMG Akademi
2005 ABŞ Merilend Terrapins
Klub karyerası[* 1]
2005 ABŞ Oreync Kantri Blu Star 3 (0)
2006—2007 Niderland Herenven 0 (0)
2007—2011 ABŞ Kolambus Kryu 106 (13)
2012—2013 Böyük Britaniya Lids Yunayted 4 (0)
2012—2013 Böyük BritaniyaStivenic 6 (0)
2013—h.h. ABŞ Los Anceles Qelaksi 50 (1)
2014 ABŞ Los Anceles Qelaksi II 4 (0)
2015 ABŞ Los Anceles Qelaksi II 1 (0)
Milli yığma[* 2]
2004–2007 ABŞ ABŞ (20 yaşlılar) 15 (3)
2008 ABŞ ABŞ (23 yaşlılar) 5 (1)
2009—2011 ABŞ ABŞ 18 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Hempton "Robbi" Rocers (ing. Robbie Rogers; doğum 12 may, 1987) - MLS-də çıxış edən "Los Anceles Qelaksi" komandasında oynayan ABŞ peşəkar futbolçusu. O, komandada yarımmüdafiəçi vəzifəsini yerinə yetirir.[3] Rocers həm də ABŞ milli futbol komandasında çıxış edir. 2013-cü ilin fevralında kaminq aut edən Rocers 1990-cı ildə kamminq aut etmiş Castin Faşanudan sonra ikinci açıq gey Britaniya futbolçusu olmuşdur.[4] 2013–cü ilin mayında Qelaksinin tərkibində ilk futbol oyununa çıxdıqdan sonra Rocers bütün Şimali Amerika peşəkar idman liqalarında çıxış edən komandalarda ilk açıq gey futbolçu kimi tarixə düşmüşdür.[5]

Bir il Merilend Universitetinin kollec komandasında oynadıqdan sonra, o, Eredivisie liqasında oynayan "Herenven" komandasının diqqətini cəlb edir. 2006-cı ilin avqustunda o, "Herenven"lə müqavilə imzalasa da, klubun tərkibində çıxış etməmiş müqavilə pozulur. 2007-ci ilin fevralında qarşılıqlı razılıq əsasında klubdan ayrılan Rocers ABŞ-yə qayıdır və "Kolambus Kryu" komandası ilə müqavilə bağlayır. Rocersin "Kolambus Kryu" komandasında dörd illik çıxışı uğurlu olur, həmin dövrdə komanda 2008-ci il MLS kubokunu qazanır, 2008 və 2009-cu illərdə isə “Supporters' Shield” mükafatını əldə edir. 2011-ci ilin dekabrında müqavilə müddəti başa çatan Rocers Kolambus Kryu komandasını tərk edir. Bir ay sonra o, İngiltərə futbol liqaları çempionatında çıxış edən "Lids Yunayted" komandası ilə azad agent kimi müqavilə imzalayır. Karyerasının "Lids" dövrünün ilk altı ayı zədə üzündən o qədər də parlaq keçməyən Rocers 2012-2013 mövsümü üçün transfer siyahısına salınır. 2012-ci ilin avqustunda Rocersin 2013-cü ilin yanvarına kimi İngiltərə Birinci Futbol Liqasında oynayan "Stivenic" komandasının tərkibinə qatılması haqqında razılıq əldə edilir. Rocersin Stivenclə müqavilə müddətinin başa çatmasından sonra o, qısa müddət ərzində Lidsə qayıdır, lakin tezliklə onun qarşılıqlı razılıq əsasında komandadan ayrılması elan edilir.

Lidsin heyətini tərk etdikdən sonra kaminq aut edən Rocer 2013-cü ilin mayında ABŞ-nin "Los Anceles Qelaksi" komandası ilə müqavilə bağlayır və beləliklə də MLS-də, o cümlədən beş əsas Şimali Amerika idman liqalarında çıxış edən ilk açıq gey futbolçu kimi tarixə düşür.[6]

  1. "Robbie Rogers – About". Robbie Rogers. 2010-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  2. "Robbie Rogers – ESPN". ESPN Soccernet. 2017-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  3. "LA Galaxy say Robbie Rogers has been 'brilliant' at left back". 2014-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-21.
  4. McRae, Donald. "Robbie Rogers: why coming out as gay meant I had to leave football". The Guardian. March 29, 2013. July 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015. Rogers then became only the second gay footballer in Britain to come out in public.
  5. Sitat səhvi: Yanlış <ref> teqi; NYT adlı istinad üçün mətn göstərilməyib
  6. Lalas, Greg; Firchau, Nick. "It's official: Robbie Rogers joins LA Galaxy; Chicago Fire get postseason hero Mike Magee in exchange". MLSsoccer.com. 25 may 2013. 8 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy